AZ

Perunun keçmiş prezidenti həbs edildi


Peru məhkəməsi tikinti layihələrində rüşvət almaqda ittiham olunan keçmiş prezident Martin Viskarranın beş aylıq həbsinə qərar verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Peru Baş Prokurorluğu sosial şəbəkə hesablarında məlumat yayıb.
O, istintaq müddətində istintaq təcridxanasına yerləşdirilib.
Baş Prokurorluq onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müttəhimin vəkilləri qərardan apellyasiya şikayəti vermək niyyətindədir.
İttiham tərəfi iddia edir ki, keçmiş prezident podratçılara yüz minlərlə dollar məbləğində qeyri-qanuni ödənişlər müqabilində tikinti müqavilələri əldə etməyə kömək etmiş ola bilər.
Qeyd edək ki, Vizkarra 2018-ci ilin martında o vaxtkı dövlət başçısı Pedro Pablo Kuçinski istefa verdikdən sonra prezident vəzifəsinə keçib.
Seçilən
3
1
yeniavaz.com

2Mənbələr