AZ

Mossad rəhbəri Qətər lideri ilə  görüşüb

İsrailin Milli Kəşfiyyat Xidmətinin (Mossad) rəhbəri David Barnea Qəzzada atəşkəs rejimini və israilli girovların azad edilməsini müzakirə etmək üçün Qətər əmiri Təmim bin Həməd Al-Tani ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Qeyd olunub ki, Barnea Qətər əmiri ilə görüşdə girovların azad edilməsi ilə bağlı danışıqların nəticə verməyəcəyi təqdirdə İsrailin bütün Qəzza zolağını nəzarətə götürməyə hazır olduğunu bildirib.

Görüş haqqında daha ətraflı məlumat verilmir.

Seçilən
51
2
bakivaxti.az

10Mənbələr