2022-ci ildən bəri Latviya hakimiyyəti Ukraynaya 500 milyon avrodan çox hərbi yardım göstərib.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Latviya 2022 və 2023-cü illərdə Kiyevə hərbi yardım üçün ümumilikdə 370 milyon avro, 2024-cü ildə isə 134,8 milyon avro ayırıb. 2025 və 2026-cı illərdə bu məqsədlər üçün illik xərclər ölkənin ÜDM-nin ən azı 0,25%-ni təşkil edəcək.
Bundan əvvəl Latviyanın baş naziri Evika Silina bəyan etmişdi ki, Nazirlər Kabineti Ukraynanın ehtiyacları üçün Amerika silahlarının alınmasına azı 2 milyon avro ayıracaq.