AZ

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filminin çəkilişləri başa çatıb

Bakı.Trend:

Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsrolunmuş “Şövkət” bədii filminin çəkilişləri uğurla yekunlaşıb.

Trend xəbər verir ki, bu barədə ASCO məlumatyayıb.

Bildirilib ki, ASCO-nun sifarişi ilə çəkilən filmin əsas məqsədidənizçilik tariximizdə silinməz iz qoymuş xanımın həyat yolunu,həmçinin İkinci Dünya müharibəsi illərində Azərbaycanın və milligəmiçiliyimizin cəbhəyə verdiyi töhfələri, eləcə də qadınlarıngəmiçilik sahəsindəki rolunu bədii dillə geniş tamaşaçıauditoriyasına çatdırmaqdır.

Film istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, eləcədə 100-dən artıq aktyor iştirak edib. Ekran işində Şövkət obrazınıgənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Həmçinin filmdə Xalqartisti Qurban İsmayılov, tanınmış aktyorlar Hikmət Rəhimov,Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar rolalıb.

Filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələrdepartamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri isə“Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və AsifRüstəmovdur. Ekran işinin quruluşçu rejissoru Asif Rüstəmov, təsvirrejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçıprodüseri Səbinə Həsənovadır.

Çəkilişlər zamanı ASCO-nun donanmasına məxsus gəmilər və digərreal məkanlardan geniş istifadə olunub ki, bu da filmə yüksəkrealizm və autentiklik qatıb.

Hazırda filmin "post-prodakşn" işləri davam etdirilir.

Seçilən
0
16
az.trend.az

10Mənbələr