AZ

Ən çox hansı bölgələrin müəllimləri sertifikasiyadan kəsilib? - SİYAHI

“Müəllim kəsilib”. Bu ifadə bir zamanlar yalnız şagirdlər üçün işlədilirdi. İndi isə vəziyyət dəyişib. Artıq müəllimlər də imtahan verir, nəticələr isə bəzən gözlənildiyindən də sərt olur.

Bu il bəzi rayonlarda onlarla müəllim sertifikasiya imtahanından keçə bilməyib. Statistikalar göstərir ki, imtahanda minimal keçid balını toplaya bilməyənlərin sayı heç də az deyil.

Ötən il sertifikatlaşdırma imtahanından kəsilən 3 338 müəllim bu il yenidən imtahanda iştirak etdi. Onların arasında imtahana girməyən, nəticəsi ləğv olunan və ən əsası müvafiq keçid balını toplaya bilməyən 2 346 nəfərin müqaviləsinə isə əmək qanunvericiliyinə uyğun olaraq xitam verildi.

Redaktor.az azedu.az-a istinadən xəbər verir ki, ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilmiş təkrar sertifikasiya imtahanında nəticəsi uğursuz olan və bu səbəbdən ən çox əmək müqaviləsinə xitam verilən müəllimlərin bölgələr üzrə siyahısını hazırlayıb.

Siyahını təqdim edirik:

Ağdam 94

Lənkəran 89

Gəncə 69

Sabirabad 68

Kəlbəcər 55

Abşeron 54 

Zaqatala 52 

Şəmkir 50

Tovuz 50

Göyçay 34

Salyan 34

Şamaxı 25

Quba 25

Seçilən
14
10
redaktor.az

10Mənbələr