AZ

İlk altı ayda baş verən avtoqəzaların sayı açıqlandı

Bakı. Trend:

Azərbaycanda 2025-ci ilin yanvar-iyun aylarında 577 və ya2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz azyol-nəqliyyat hadisəsi baş verib.

Trendxəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumatyayıb.

Bildirilib ki, bu hadisələr nəticəsində zərərçəkənlərin sayı12,8 faiz azalaraq 812 nəfər olub. Onlardan 313-ü həlak olub, 499-uisə yaralanıb.

Hadisələrin 44,7 faizi gündüz, 41,4 faizi gecə, 13,9 faizi isətoran vaxtı baş verib, 30,3 faizi həftənin şənbə və bazar günlərinətəsadüf edib.

Qeyd edilib ki, yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayışməntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanlarınsayı ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz azalaraq 223nəfər, yaralananların sayı isə 15,3 faiz azalaraq 472 nəfərolub.

Vurğulanıb ki, bütün yol-nəqliyyat hadisələrinin 42,1 faizinəqliyyat vasitələrinin və piyadaların, 36,9 faizi bir neçənəqliyyat vasitəsinin, 21,0 faizi isə bir nəqliyyat vasitəsininiştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlakolanların 76,7 faizini, yaralananların isə 70,9 faizini kişilərtəşkil edib.

Məqalədə:
Seçilən
14
17
az.trend.az

10Mənbələr