AZ

Azərbaycan “Aİ-92”ni Türkiyəyə 70 qəpiyə satıb

Bu ilin iyun ayında Azərbaycandan Türkiyəyə 549,6 min dollar dəyərində 1 020,6 ton “Aİ-92” markalı benzin ixrac olunub.

Hurriyyet.az xəbər verir ki, Türkiyəyə ixarc olunan “Aİ-92” markalı benzinin bir litrinin orta gömrük dəyəri 70 qəpik (41 sent) olub.

Qeyd edək ki, bu, ölkə daxilində satılan “Aİ-92” markalı benzinin topdansatış (98,5 qəpik) və pərakəndə satış (110 qəpik) qiymətlərindən ucuzdur.

Yeniavaz.com

Seçilən
0
3
hurriyyet.az

4Mənbələr