AZ

Litva prezidenti yeni baş nazirin təyin edilməsi haqqında fərman imzalayıb

Litva prezidenti Gitanas Nauseda sosial demokrat İnqa Ruqinienenin baş nazir təyin edilməsi haqqında fərman imzalayıb.

Editor.az bu barədə Delfi portalına istinadla yazır.

“Litva prezidenti Ruqinienenin baş nazir təyin edilməsi haqqında fərman imzalayıb”,- deyə qeyd olunub. Bildirilir ki, prezident hələ Ruqinienenin namizədliyini Seymaya təqdim etməyib.

Qeyd edək ki, Nauseda avqustun 4-də hökumətin və baş nazir Gintautas Paluckasın istefası haqqında fərman imzalayıb. Korrupsiya qalmaqalından sonra siyasi gələcəyi ilə bağlı qərar vermək üçün Litva prezidenti tərəfindən iki həftə vaxt verilən Paluckasın iyulun 31-də istefaya getdiyi bildirilir.

Onu da qeyd edək ki, Litvada baş nazirin mümkün maliyyə pozuntusu ilə bağlı qalmaqal yaranıb. Baş nazir paytaxt meri olarkən qohumlarının şirkəti üçün milli bankdan güzəştli kreditlər almaqda və mübahisəli daşınmaz əmlak almaqda ittiham olunur.

//Gülnarə Abasova, Editor.az

Seçilən
22
editor.az

1Mənbələr