AZ

Husilər dünyanı hədələyir: “Sərhədi keçəcəyik!”

İsraillə İran arasında 12 günlük müharibə zamanı və ondan əvvəl İsrailə hücumlarını gücləndirən husilər hərəkətlərinin yalnız Fars körfəzi ilə məhdudlaşmayacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, husilər 27 iyul tarixindən etibarən yeni bir fəaliyyət planı qəbul etdiklərini dünyaya açıqladılar. Daha əvvəl İngiltərə başda olmaq üzrə İsraili dəstəkləyən ölkələrə aid gəmilərə qarşı hücumlar təşkil edən Husi qrupları, indi sərhədlərindən asılı olmayaraq İsraillə ticarət edən bütün donanmaları hədəf aldıqlarını açıqladılar.

İsraillə ticarətdə istifadə edilən gəmilərə sahib olan/işlətdirən şirkətlərin digər gəmilərinə bayrağından asılı olmayaraq hücumların həyata keçiriləcəyi vurğulanıb.

Təhdid mesajında husilərin heç bir coğrafi məhdudiyyət olmadan, gücləri daxilində istənilən bölgədə bu hücumları həyata keçirə biləcəkləri qeyd edilib.

Husilərin İsrail limanlarına zəng etməsələr belə, gəmilərin sahiblərinin əlaqələri səbəbiylə hədəfə alına biləcəyini bildirməsindən sonra Nəqliyyat və İnfrastruktur Nazirliyi sektora bağlı bölmələrə xəbərdarlıq edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
1
turkustan.az

2Mənbələr