AZ

Putin Tramp ilə yeni müqavilə imzalaya biləcəyini istisna etmədi

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə qarşıdakı danışıqlar zamanı strateji hücum silahları üzrə yeni müqavilənin imzalanmasını istisna etmədiyini bildirib.

Editor.az xəbər verir ki, kreml saytının məlumatına görə, Putin bu bəyanatı 14 avqustda keçirilən və müdafiə naziri Andrey Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov, FSB direktoru Aleksandr Bortnikov və digər rəsmi şəxslərin iştirak etdiyi müşavirədə verib.

Dövlət başçısı bildirib ki, Rusiya-ABŞ sammitində razılaşmaların əldə olunması “iki ölkə, Avropa və ümumilikdə dünya üçün uzunmüddətli sülh şəraitinin yaradılması” baxımından vacibdir.

//Samir Qurbanov, Editor.az

Seçilən
38
24
editor.az

10Mənbələr