AZ

Liderlər sabah mətbuat konfransı keçirəcək

Donald Tramp və Vladimir Putin Alyaskada keçiriləcək sammit zamanı birgə mətbuat konfransı keçirmək niyyətindədirlər.

Yenisabah.az foxnews-a istinadla xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karolayn Levitt bildirib.

"Sabah səhər Tramp Ağ Evi tərk edərək Alyaskadakı, Ankoricdəki hərbi bazaya gedəcək və orada prezident Putinlə təkbətək görüşəcək. Bundan sonra iki ölkənin nümayəndə heyətləri ilə nahar və mətbuat konfransı keçiriləcək". Toyuqlu pizza

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bildirib ki, Putin və Tramp Alyaskadakı danışıqlardan sonra birgə mətbuat konfransı keçirəcəklər.

Tramp cümə günü Ankoricdəki Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında Putinlə görüşəcək.


Telegram kanalımız
Seçilən
6
1
yenisabah.az

2Mənbələr