
Böyük Britaniya Ukraynada 30 min sülhməramlısının yerləşdirilməsindən imtina etmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
“Britaniya hərbi rəhbərliyi Ukrayna limanlarını və şəhərlərini qorumaq üçün 30 minlik kontingentin yerləşdirilməsi ideyasından imtina edib.
Əvəzində Britaniyanın baş naziri Kir Starmer təklif edir ki, “istəklilər koalisiyası”ndakı müttəfiqlər Qərbi Ukraynanın hava məkanında təhlükəsizliyin təmin edilməsi, Ukrayna qoşunlarının hazırlanmasına köməklik göstərilməsi və Qara dənizin minalardan təmizlənməsi ilə məşğul olsunlar”, - məqalədə deyilib.
Britaniya hökuməti başçısının sözlərinə görə, hazırda sazişin bağlanması üçün real”\ şans var və avropalı müttəfiqlər onun həyata keçirilməsinə kömək edəcəklərini vəd ediblər.