Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi parad keçirilib.
Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.
Azərbaycan hərbçiləri Pakistanın paytaxtı İslamabadda ilk dəfə keçirilən “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi paradda iştirak ediblər.
Mia.az qafqazinfo-ya istinadla xəbər verir ki, hərbçilərimizin paradda keçidi maraqlı anlarla yadda qalıb.