AZ

Rusiyanın bu qadağası96 milyon insana təsir göstərib

Rusiya hökuməti WhatsApp və Telegram messencerlərində səsli zənglərə məhdudiyyət tətbiq edib.

Gundem.az  Sfera.az-a istinadən xəbər verir ki, bu addım Moskvanın internet üzərində nəzarətini daha da sərtləşdirməsi kimi qiymətləndirilir.

Rusiyanın media və internet tənzimləyicisi "Roskomnadzor" yaydığı bəyanatda bildirib ki, bu qərar cinayətkarlığa qarşı mübarizə məqsədilə verilib.

 

“Hüquq-mühafizə orqanlarının məlumatlarına və vətəndaşlardan daxil olan çoxsaylı şikayətlərə əsasən, xarici messencerlər — Telegram və WhatsApp əsasən vətəndaşların aldadılması, pulun mənimsənilməsi, eləcə də sabotaj və terror fəaliyyətlərinə cəlb olunması üçün istifadə edilir”, – deyə qurumun açıqlamasında bildirilir.

Roskomnadzor qeyd edib ki, platforma sahiblərinə dəfələrlə tədbir görülməsi üçün müraciət olunsa da, bu çağırışlar cavabsız qalıb. Rusiya tərəfi bu platformalardan hüquq-mühafizə orqanlarının sorğularına cavab olaraq istifadəçi məlumatlarına çıxış verilməsini tələb edir.

 

“Qanunvericiliyə uyğun hərəkət etməyə başladıqdan sonra messencerlərdə zəng funksiyası bərpa olunacaq,” – deyə Roskomnadzor bildirib.

Mediascope-un məlumatına görə, bu məhdudiyyətlər WhatsApp-ın Rusiyadakı təxminən 96 milyon, Telegram-ın isə 89 milyondan çox aylıq istifadəçisinə təsir göstərəcək.

Rəsmilər yalnız səsli zənglərin məhdudlaşdırıldığını açıqlasalar da, rusiyalı istifadəçilər videozənglərdə də problemlər yaşandığını bildirirlər.

Seçilən
26
gundem.az

1Mənbələr