ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın “Su-30SM” qırıcı təyyarəsini itirməsi barədə məlumat yayıb.
Redaktor.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin kəşfiyyatı Zmeynıy adasının cənub-şərqində tapşırıqları yerinə yetirən Rusiyaya məxsus “Su-30SM” qırıcı təyyarəsi ilə əlaqənin kəsilməsi ilə bağlı radioməlumatı ələ keçirib.
Təyyarənin naməlum səbəblərdən qəzaya uğradığı bildirilir.
Hazırda Rusiyanın axtarış-xilasetmə əməliyyatı apardığı vurğulanır. Mövcud məlumata görə, dəniz səthində təyyarənin qalıqları aşkar edilib.
Pilotların taleyi ilə bağlı hələlik məlumat yoxdur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.