AZ

Rusiya Xəzərlə bağlı bu qadağanı QOYACAQ

2026-cı il aprelin 1-dən mayın 20-dək Xəzər dənizində və Dağıstan Respublikasının su hövzələrində kütümün sənaye ovunun qadağan edilməsi planlaşdırılır. Dəyişikliklər layihəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanıb.

Redaktor.az xəbər verir ki, layihəyə dair izahedici yazıda sənədin Ümumrusiya Balıqçılıq və Okeanoqrafiya Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlandığı qeyd olunur.

Dağıstanda artıq bir neçə ildir ki, qiymətli balıq növü olan kütümün sənaye ehtiyatı və buna uyğun olaraq ovu kəskin şəkildə azalır. Problemin həlli üçün süni artırma üsulundan da istifadə olunur.

Rusiya

Seçilən
26
13
redaktor.az

10Mənbələr