AZ

Kənd təsərrüfatı naziri Naxçıvanda səfərdədir

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avqustun 14-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvana səfərə gəlib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli və nazir Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsi önünə tər güllər qoyub, xatirəsini ehtiramla yad ediblər. 

Kənd təsərrüfatı naziri səfər çərçivəsində avqustun 15-də muxtar respublikada vətəndaşları qəbul edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
xalqqazeti.az

2Mənbələr