Şəmkir rayonunun Mehrili kənd sakini Lətafət Verdiyevaya Dövlət Məşğulluq Agentliyi tərəfindən verilən qoyunları vəhşi heyvanlar parçalayıb.
Xezerxeber.az xəbər verir ki, hadisə ev sahibləri yatarkən baş verdiyindən onlar tövləyə vəhşi heyvan hücumundan xəbər tutmayıblar. Səhər oyananda isə dəhşətlə qarşılaşıblar.
Anası və qonşularını köməyə çağıran Lətafət Verdiyeva müəyyən edib ki, heyvanlar məhz yaxınlıqdakı çöllük ərazidən kəndə hücum edən vəhşi heyvanlar tərəfindən parçalanıb. Ölü tapılan və ağır xəsarət aldığı üçün sonradan ölən qoyunların sayı 10-u keçib.
Təsərrüfat sahibinin sözlərinə görə, heyvanlara dəyən ziyan sahə üzrə baytar həkim tərəfindən aktlaşdırılıb. İndi Lətafət Verdiyevayanın xahişi ona dəymiş ziyanın kompensasiya edilməsidir.
Dövlət Məşğulluq Agentliyindən isə bildirilib ki, baş vermiş tələfat hadisəsi ilə bağlı vətəndaşın müraciəti artıq Agnetliyin yerli qurumları tərəfindən qeydiyyata alınıb və məsələ ilə bağlı qanunauyğun addım atılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.