AZ

"İlham Əliyevlə münasibətləri dəyişmək istəyirik" - Paşinyan (VİDEO)

Ermənistanın baş naziri Nikol Paşinyan “Fox News”a müsahibə verib.

"Unikal" xəbər verir ki, Paşinyanın sözlərinə, bir gündə, hətta bir həftə, ay və ya ildə bütün vəziyyəti dəyişmək mümkün deyil.

“Lakin çox vacib və aydın bir fakt var, dünənki bəyanat da bunu göstərir: biz hər ikimiz – yəni Prezident İlham Əliyev və mən bu vəziyyəti dəyişmək istəyirik. Ölkələrimiz arasındakı münasibətlərin məzmununu dəyişmək niyyətindəyik”, – deyə Paşinyan vurğulayıb.

O əlavə edib ki, ilkin sülh sazişi ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin qurulmasını nəzərdə tutur:

“Bu, orta və uzunmüddətli məqsəddir və biz onun reallaşmasına fokuslanacağıq”.

Seçilən
21
4
unikal.az

5Mənbələr