AZ

Azərbaycan altı ayda ən çox bu ölkələrə məhsul satıb

2025-ci ilin yanvar–iyun aylarında Azərbaycanın əsas qeyri-neft ixrac məhsulları üzrə göstəricilərdə 2024-cü ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dəyişikliklər müşahidə olunub. Metbuat.az-ın məlumatına görə, bu barədə ixrac icmalının iyul hesabatında qeyd olunub. Hesabat dövründə pomidor ixracı 149 milyon ABŞ dolları təşkil edərək, əvvəlki ilin (136,9 milyon dollar) göstəricisini geridə qoyub. Qızıl ixracında isə daha kəskin artım qeydə alınıb. 2024-cü ildə 58 milyon dollar olan ixrac həcmi 2025-ci ildə 144 milyon dollara yüksəlib. Əksinə, pambıq mahlıcı ixracı 116,8 milyon dollardan 98,6 milyon dollara enib. Karbamid ixracı 52,6 milyon dollardan 92,4 milyon dollara çatıb, meşə fındığı ixracı isə 51 milyon dollardan 76,2 milyon dollara yüksəlib. Metanol (metil spirti) ixracı 45,9 milyon dollardan 53,3 milyon dollara qədər artıb. Sənaye məhsulları sırasında ilkin formalı propilen sopolimerlərinin (PP) ixracı 48,1 milyon dollardan 52 milyon dollara, xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilenin (PE) ixracı isə 41,7 milyon dollardan 49,2 milyon dollara qədər yüksəlib. Alüminium ərintilərindən düzbucaqlı plitələrin ixracında isə azalma müşahidə olunub – 2024-cü ildə 53,7 milyon dollar olan göstərici 2025-ci ildə 48,4 milyon dollara düşüb.İlk altı ayda əsas ixrac istiqamətləri üzrə göstəricilər belə olub: Rusiya Federasiyasına 586 milyon ABŞ dolları, Türkiyəyə 287,2 milyon ABŞ dolları, Gürcüstana 154,8 milyon ABŞ dolları, İsveçrəyə 151,5 milyon ABŞ dolları, Ukraynaya isə 95,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoru məhsulları ixrac edilib.

2025-ci ilin iyun ayında isə Rusiya Federasiyasına 143,1 milyon ABŞ dolları, Türkiyəyə 35,9 milyon ABŞ dolları, Gürcüstana 29,3 milyon ABŞ dolları, İsveçrəyə 23,6 milyon ABŞ dolları, Ukraynaya isə 19,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoru məhsulları göndərilib.

Seçilən
60
28
metbuat.az

10Mənbələr