“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə, danimarkalı oyunçu “Fulhem” klubu maraq dairəsinə düşüb.
Məlumata görə, “Fulhem” rəhbərliyi 22 yaşlı forvardı heyətinə qatmaqda maraqlıdır, yaxın günlərdə rəsmi təklif etməyi planlaşdırır. Lakin klub əvvəlcə futbolçunun özü də “Fulhem”ə qoşulmaq istəyib-istəmədiyini öyrəndikdən sonra bu addımı atacaq.
Hücumçu “Milan”la da danışıqlar aparır.
Ötən mövsümdə Hoylund Mançester təmsilçisinin heyətində 52 oyuna çıxaraq 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt futbolçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.