AZ

"Mançester Yunayted"dən "Barselona"ya 80 milyonluq təklif

"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes karyerasını İngiltərədə davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Mançester Yunayted" 22 yaşlı ispaniyalı futbolçu üçün 80 milyon avro təklif edib. İngiltərə klubu Kazemironu əvəz edəcək oyunçu axtarır.

Lopes "Barselona"nın yetirməsidir. Onun klubla mövcud müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. "Transfermarkt" futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Seçilən
4
publika.az

1Mənbələr