AZ

Mersinin iki rayonunda yanğınlar davam edir

Türkiyənin Mersin vilayətinin valisi Atilla Toros Silifke və Anamur rayonlarında meşə yanğınları ilə mübarizə işlərinin davam etdiyini bildirib. Vali Toros: "İlkin təsbitlərə görə, Silifkedə 53 ev yanğın nəticəsində zərər görüb. Ehtiyat tədbiri olaraq Anamurun Ovabaşı məhəlləsini boşaltmağa qərar verdik",  deyib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.

Mersin valisi Atilla Toros yanğınsöndürmə vasitələrinin yerləşdirildiyi Silifkenin Akdere məhəlləsində açıqlama verib.

Toros, ilk olaraq Anamurun Korucuk məhəlləsində başlayan meşə yanğınını qiymətləndirərək bunları söylədi:

"18 maşınlamüdaxilə etməyə başlamışıq. Hazırda iki helikopterimiz havadan müdaxilə edir. Bir vertolyotumuz yoldadır. 18 maşınımızdan beşi su, ikisi yanğınsöndürən, ikisi su tankeridir. Ehtiyat tədbiri olaraq Ovabaşı məhəlləsini boşaltmağa qərar verdik. Bu istiqamətdə işlər davam etdirilir".

Seçilən
10
qaziler.az

1Mənbələr