Bakı. Trend:
"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" Ermənistan vəAzərbaycanın son 35 il ərzində bölüşdüyü vahid mövqeni – "Rusiyanınonların arasındakı münaqişənin həllində monopoliyasına yol verməkistəməməsini" özündə əks etdirir.
Trend xəbər verir ki, bubarədə Britaniyanın nüfuzlu “Chatham House” analitik mərkəzininməqaləsində deyilir.
Mütəxəssislərin fikrincə, "Tramp Marşrutunun" (TRIPP) həyatakeçirilməsi, Cənubi Qafqaz məsələlərində bölgəxarici oyunçularıniştirakından narazı olan Rusiya və İran üçün risklər yaradır.Gözlənilir ki, Moskva TRIPP təşəbbüsünə davamlı şəkildə qarşıçıxacaq — o cümlədən Azərbaycanın enerji infrastrukturuna təzyiqgöstərməklə, Ermənistanın Aİ çərçivəsində ticarətinə mane olmaqla,eləcə də Rusiyadakı erməni və azərbaycanlı diasporalarına təsirgöstərməklə.
Məqalədə vurğulanır ki, təşəbbüsün uğur qazanmaq şansı dahayüksək olacaq, əgər onu Türkiyə və Aİ dəstəkləsə: "TRIPP-in həyatakeçirilməsi, qarşıya çıxacaq qaçılmaz çətinliklər artdıqca, impulsuqorumaq üçün həm region daxilində, həm də xaricində genişkoalisiyanın davamlı dəstəyini tələb edəcək".