AZ

Hava şarı sərt enişi etdi 1 ölü, 6 yaralı

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Niderlandın Frislandiya əyalətində hava şarının sərt enişi nəticəsində 1 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. Avtosfer.az xəbər verir ki, bu barədə NOS telekanalı regional fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, hadisə yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 23:00) De-Hufe kəndi yaxınlığındakı tarlada baş verib. Eniş zamanı güclü külək nəticəsində şar qəfil aşağı düşüb, bu zaman səbət sallanmağa başlayıb və içərisindəki beş nəfər yerə yıxılıb. Yaralılar xəstəxanalara çatdırılıb. Hadisə zamanı hava şarının göyərtəsində 34 nəfər olub. Hadisə yerinə 2 tibbi helikopter, 14 təcili yardım maşını, mobil tibb briqadası və Qırmızı Xaçın fövqəladə yardım qrupu cəlb edilib. Hadisənin səbəbləri araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
2
avtosfer.az

3Mənbələr