AZ

ABŞ iki Meksika kartelini “terrorçu” elan etdi

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp administrasiyası iki Meksika kartelinə və 7 nəfərə "terrorizm" ittihamı ilə sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Meksikanın "Karteles Unidos" və "Los Viaqras" adlı iki narkotik kartelinə və onlarla əlaqəli 7 şəxsə "terrorizm" ittihamı ilə sanksiyayalar tətbiq olunub:

“Sanksiyalar Prezident Donald Trampın Amerika xalqına təhdid yaradan kartel və transmilli cinayət təşkilatlarını tamamilə aradan qaldırmaq göstərişinə əsaslanır”.

Bundan əlavə, ölkənin Ədliyyə Nazirliyi "Karteles Unidos"un beş yüksək səviyyəli üzvünə qarşı narkotik qaçaqmalçılığı ilə bağlı cinayət işi açıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
5
axar.az

6Mənbələr