AZ

İki rus təyyarəsi Alyaskaya endi, amma Putinsiz: Bəs işğalçı diktator hara enib?..-FOTOLAR

Bu dəqiqələrədək artıq Rusiyanın iki "İl-96-300" sərnişin təyyarəsi ABŞ prezidenti Donald Tramp və Kreml lideri Vladimir Putin arasında görüş keçirilməli olan  Alyaskaya eniş edib. Lakin buna qədər Kreml prezidenti başqa məkana yollanıb.
 
Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir.
 
Birinci təyyarənin göyərtəsində rusiyalı jurnalistlər olub, ikincinin göyərtəsində isə kimin olduğu hələlik məlum deyil. Bununla belə, Rusiyanın “İzvestiya” nəşrinin 15 avqust Bakı vaxtı ilə səhər saat 04:13-də telegram-kanalında yazdığına görə, Putin hələ Alyaskaya enməyib: Trampla görüşməzdən əvvəl o, Maqadana səfər etmək qərarına gəlib, 
 
Bu barədə nəşrə Kreml rəhbərinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
 
“Vladimir Putin Donald Trampla Alyaskada görüşməzdən əvvəl Maqadana uçub”, - deyə Kreml rəsmisi izah edib.
 
Onun sözlərinə görə, Putin bu Uzaq Şərq şəhərində sənaye müəssisəsinə baş çəkməli və yerli qubernatorla görüşməlidir. Bundan sonra Kreml rəhbəri Ankoricə gedəcək.
 
Rusiya mətbuatı xəbər verir ki, ilk Rusiya təyyarəsi 15 avqustda  Bakı vaxtı ilə təxminən 03:45-də Alyaskaya eniş edib. Təyyarədə olan rusiyalı jurnalist mediaya məlumat verib ki, təyyarə eniş etdikdən dərhal sonra sərnişinlərin təyyarəni tərk etməsinə icazə verilməyib.
Putinin xüsusi nümayəndəsi Kirill Dmitriev sosial şəbəkələrdə Alyaskaya uçan təyyarələrdən birinin görüntülərini yayıb. O, görüntülərə Alyaskanın indi “günəşli və gözəl olduğunu” sözləri ilə şərh verib
 
“İzvestiya” xəbər verir ki, Moskva vaxtı ilə saat 03:00(Bakı 04:00) radələrində Rusiyanın ikinci sərnişin təyyarəsi Alyaskaya eniş edib. Bunu "Flightradar24" xidmətinin məlumatları da təsdiqləyib.
 
Qeyd edilir ki, Rusiya prezidentinin təyyarəsi avqustun 14-də Bakı vaxtı ilə saat 13:00 radələrində radarlar tərəfindən qeydə alınıb, onun Alyaska istiqamətində hərəkət etdiyi bildirilib.
Seçilən
66
28
moderator.az

10Mənbələr