AZ

Liderlərin görüş saatı məlum oldu

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Ankoricdə görüşü cümə günü Bakı vaxtı ilə saat 23:00 - da başlayacaq.

Publika.az xəbər verir ki, bu məlumat Amerika liderinin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan cədvəlində yer alıb.

Cədvəldəc həmçinin qeyd edilib ki, Bakı vaxtı ilə saat 18:45-də Tramp Ağ Evdən Alyaskanın Ankoric şəhərinə yola düşəcək.

Qeyd edək ki, avqustun 15-də Alyaskada Rusiya-ABŞ sammiti keçiriləcək.

Tədbirdə Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Bununla belə, görüşün əsas mövzusu Ukrayna böhranının həlli olacaq.

Seçilən
11
17
publika.az

10Mənbələr