AZ

Putin və Tramp görüşü başa çatdı

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən dar çərçivəli görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış edirlər.

"Cebheinfo.az" xəbər verir ki, prezidentlər sinxron tərcümə vasitəsilə anlaşırlar.

ABŞ Prezidenti Tramp görüşün faydalı olduğunu bildirib və qeyd edib ki, o, Zelenskiyə və NATO-dakı həmkarlarına Putinlə görüşün məzmunu barədə məlumat vermək üçün zəng edəcək.

ABŞ Prezidenti eyni zamanda bildirib ki, Ukrayna ilə bağlı bir çox məqamlar razılaşdırılıb, digər məsələlər üzrə də razılığa gəlmək şansı yüksəkdir. 

Rusiya Prezidenti Putin isə ABŞ-la qonşu olduqlarını bildirirək, Trampa təşəkkür edib. O, bildirib ki, əgər Tramp prezident olsaydı Ukrayna ilə müharibə olmazdı.

Rusiya Prezidenti eyni zamanda bildirib ki, Ukrayna ilə müharibənin bitməsində maraqlıdır və Ukraynanın təhlükəsizliyi üzərində işləyəcəklər.

O, eyni zamanda Kiyev və Avropanın nizamlanmada yaranan tərəqqiyə maneə olmayacaqlarına da inandığını bildirib. 

Seçilən
13
50
cebheinfo.az

10Mənbələr