ain.az, Gununsesi saytına istinadən bildirir.
Atəşkəssiz sülh danışıqları məhsuldar olmayacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında baş tutacaq görüş ərəfəsində “X” sosial şəbəkəsində etdiyi müraciətində bildirib.
“Sülhə gedən yolda Ukraynanın və tərəfdaşlarımızın mövqeyi prinsipial və aydındır: o, Ukraynanın iştirakı olmadan müəyyən edilə bilməz, danışıqlar isə yalnız atəşkəs əldə olunduqdan sonra məhsuldar ola bilər”, – Sibiqa yazıb.
O bəyan edib ki, sülhü avropalılardan daha çox istəyən yoxdur, Rusiya isə münaqişənin uzanmasında maraqlıdır. Nazir “Rusiya imperializminə” qarşı transatlantik birlik yaratmağa çağırıb.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.