AZ

Kəlbəcərdə kişi qayadan yıxılaraq öldü

Kəlbəcərdə 54 yaşlı kişi qayadan yıxılaraq ölüb.
 
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Rəhimli kəndinin ərazisində baş verib.
 
Belə ki, 1971-ci il təvəllüdlü U.Verdiyev kəndinin ərazisində ehtiyatsızlıqdan qayadan yıxılıb. 
 
54 yaşlı kişi aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
 
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.
Seçilən
28
3
moderator.az

10Mənbələr