Bu gün Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünə start veriləcək.
Publika.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.
Şamaxıda keçiriləcək mövsümün açılış matçında “Karvan-Yevlax”la “Qəbələ” üz-üzə gələcək. Premyer Liqaya yeni yüksəlmiş komandaların oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Turun qalan görüşləri avqustun 16-da, 17-də və 19-da keçiriləcək. “Sabah” – “Qarabağ” görüşü isə təxirə salınıb.
Azərbaycan Premyer Liqası, 1-ci tur
15 avqust (cümə)
17:00 “Karvan-Yevlax” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
Şamaxı şəhər stadionu.
16 avqust (şənbə)
17:00 “İmişli” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov
Şamaxı şəhər stadionu.