AZ

Azərbaycan nefti BAHALAŞDI

Ajans.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,39 dollar və ya 2,13% bahalaşaraq 66,57 dollar təşkil edib. URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,28 dollar və ya 2,33% artaraq, 56,14 dollar/barelə bərabər olub. Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,38 dollar və ya 2,06% artaraq 68,29 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
61
43
Ajans.az

10Mənbələr