AZ

Cek Sərçə yenidən filmə qayıdır

Yazını böyüt
Yazını kiçilt

“Entertainment Weekly”ə danışan prodüser Cerri Brukhaymer, “Karib dənizinin quldurları” seriyasının altıncı filmində Kapitan Cek Sərçə roluna qayıtmaq üçün Depplə danışıqlar apardıqlarını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Brukhaymer daha əvvəl bildirmişdi ki, “Disney” Deppin onunla yollarını ayırmasına baxmayaraq geri qayıtmasını istəyir.

Tanınmış prodüser indi Deppin bu ideyaya açıq olduğunu təsdiqləyərək, "Əgər rolun ssenarisini bəyənsə, düşünürəm ki, bunu edəcək. Hamımızın bildiyimiz kimi, hər şey ssenaridən asılıdır" deyib.

Serialın sonuncu filmi 2017-ci ildə nümayiş etdirilən “Karib dənizinin quldurları: Ölülər nağıl danışmır” filmi olub. Filmdə Deppdən başqa, Qeoffrey Raş, Orlando Blum və Kayra Naytli də rol alıblar. Altıncı film üçün danışıqlar ən azı 2019-cu ildən davam edir.

Brukhaymer əvvəllər yeni filmin franşizanın yenidən çəkilişi olacağını, lakin hələ də Cek Sərçənin görünməsini istədiyini bildirmişdi: "Bu, Rebutdur, amma məndən asılı olsaydı, o, mütləq iştirak edərdi. Mən onu çox sevirəm, yaxşı dostdur. O, böyük sənətkardır, özünəməxsus üslubu var. O, Cek Sərçəni yaradıb. Ssenaridə belə deyildi; o, bir az Pepe Le Pyu, bir az Keyt Riçards əlavə etdi. Cek Sərçə onun təfsiri idi".

Prodüser hələ də hər kəsin razı qalacağı bir hekayə üzərində çalışdıqlarını ifadə edərək, "Düzgün ssenari tapmalıyıq. Hələ tam orada deyilik, amma çox yaxınıq" deyib.

Keçən yay Brukhaymer elan edib ki, filmin ssenarisini Ceff Natanson yazıb. Natanson 2017-ci ildə “Salazarın qisası” filmini də yazdı. O zaman Brukhaymer demişdi: "O, üçüncü pərdəni dəhşətli şəkildə yazıb. Birinci və ikinci pərdələri bir az səliqə-sahmana salmaq lazımdır, amma ora çatacağıq. O, həqiqətən də gözəl bir final aktı yazıb".

Seçilən
44
50
hafta.az

10Mənbələr