AZ

Lavrov Alyaska görüşündən danışdı: Bu gün təqdim edəcəyik

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Moskva Alyaskada ABŞ-Rusiya danışıqlarında öz aydın mövqeyini ortaya qoyacaq və artıq ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun səfərləri zamanı bu məsələ ilə bağlı çox işlər görülüb.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz heç nəyi qabaqcadan planlaşdırmırıq. Bilirik ki, bizim arqumentlərimiz var, aydın, dəqiq mövqeyimiz var. Onu təqdim edəcəyik. Prezident bildirib ki, Stiven Uitkoffun səfərləri zamanı burada artıq çox işlər görülüb. Uitkoff prezident Trampın adından danışıb. Ümid edirəm ki, bu çox faydalı söhbəti bu gün də davam etdirəcəyik”, - Lavrov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
7
axar.az

10Mənbələr