Ukrayna Silahlı Qüvvələri Rusiyanın Həştərxan vilayətindəki “Olya” dəniz limanına zərbə endirib.
Viral.az/” target=”_blank”>Viral.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Düşmənin havadan zərbələr endirmək imkanlarının azalması çərçivəsində avqustun 14-də Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər tərkib hissələri ilə birlikdə Rusiyanın Həştərxan vilayətinin “Olya” dəniz limanına atəş zərbəsi endirib”, – məlumatda qeyd olunub.
Son Yazılar:
- Ukrayna Həştərxana zərbə endirib
- AvroLiqada 12 komanda pley-off mərhələsinə çıxdı
- Tramp Putin görüşünün BAKI VAXTI
Bildirilib ki, bu obyekt İrandan hərbi təyinatlı malların çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur. Məlumata görə, İrandan alınan “Shahed” tipli PUA-ların hissələri və döyüş sursatlarının yükləndiyi “Port Olya 4” gəmisi zədələnib.