AZ

Abbas həmkarını qınadı: Haqqınız varmı buna?

Kərim Abbasov sosial media hesabında Xalq artisti Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramovun ifasını tənqid edib. 

Yenisabah.az xəbər verir ki, bundan sonra Abbas Bağırov "İntagram"da Kərimi qınayıb.

O bildirib ki, səhnədə hər kəsin problem yaşaması təbii haldır: Marqarita pizza

"Heç bir sənətkar haqqında “HƏMİŞƏ SƏHVSİZ, QÜSURSUS OXUYUR” demək olmaz. Səhnə canlı sənətdir və hər kəsin bəzən istəmədiyi anda texniki və ya digər səbəbdən problemlər yaşaması təbiidir. Təəssüf ki, bu gün bəzi “məlum” sənətkarların gözəl əsərləri, mahnıları barədə danışmaq, paylaşmaq əvəzinə, bir çoxlarını yalnız həmin an yaşadığı kiçik bir problem maraqlandırır".

Müğənni qeyd edib ki, kiminsə illərlə çəkdiyi zəhmətə kölgə salmaq doğru deyil:

"Əsl Musiqi Sənətkarına qiymət vermək üçün onun bir ifasına yox, keçdiyi sənət yoluna, qazandığı uğurlara, çəkdiyi zəhmətə, yaratdığı dəyərlərə baxmaq lazımdır. Onun sənətə gəldiyi gündən bu günə qədər nələr yaratdığını görmək və təəzzüyə qoymaq gərəkdir. O halda sual yaranır: sənətin ən yaxşı nümunələrinə göz yumub, haqsız yerə müzakirə aparmaq, kimin­sə zəhmətini kölgəyə salmaq nə dərəcədə ədalətlidir? Haqqınız varmı buna?"

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
19
4
yenisabah.az

5Mənbələr