AZ

Anamur və Silifkədə meşə yanğınlarına nəzarət üçün əməliyyatlar gücləndirilib

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Mersində meşə yanğınları ilə mübarizə davam edir .

TurkicWorld xəbər verir ki, Mersinin Silifke və Anamur rayonlarında avqustun 13-də başlayan meşə yanğınlarının söndürülməsi istiqamətində hava və quru əməliyyatları fasiləsiz davam edir. Yanğın Balandız və Kırtıl məhəllələri ətrafında meşəlik sahədə başlayıb, güclü külək səbəbindən sürətlə yayılıb.

Hadisə nəticəsində altı məhəllədə və yeddi yaşayış məntəqəsində ümumilikdə 984 evdən 1 851 nəfər təxliyə olunub. Yanğının söndürülməsinə 10 helikopter, iki təyyarə, 122 yanğınsöndürmə texnikası və 344 nəfərlik heyət cəlb olunub. Ətraf əyalətlərdən də əlavə qüvvələr göndərilib.

Məlumata görə, indiyədək 53 evə ziyan dəyib, tüstüdən zərər çəkən 16 nəfər və xəsarət alan bir işçi müalicə olunaraq evlərinə buraxılıb. İlk gün bağlanan Silifke–Gülnar avtomobil yolu yenidən açılıb.

Anamurun Korucuk məhəlləsində başlayan digər meşə yanğınında isə Ovabaşı məhəlləsi ehtiyat tədbiri olaraq boşaldılıb. Yanğınsöndürən qruplar havadan helikopterlərin dəstəyi ilə alovun qarşısını almağa çalışır.

Seçilən
67
50
turkic.world

10Mənbələr