AZ

Türkiyədə meşə yanğınları davam edir

Türkiyənin Çanaqqala vilayətində, Sinopun isə Gerze rayonunda baş verən meşə yanğınları davam edir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, yanğın əsən küləyin təsiri ilə meşə sahələrinə yayılıb, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazisinə girişlər müvəqqəti dayandırılıb.

Çanaqqala valisi Ömər Toraman bildirib ki, hadisə ilə bağlı bölgədən 251 vətəndaş təhlükəsiz ərazilərə köçürülüb və Gelibolunun beş kəndi təxliyə edilib.

Seçilən
12
19
demokrat.az

10Mənbələr