Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Ali təhsil müəssisələrinə ixtisas seçimi aparılır.
Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 10:26-ya olan məlumata əsasən 45224 nəfər ərizəsini təsdiq edib.
Belə ki, onlardan 11954 nəfər I qrup, 9880 nəfər II qrup, 12996 nəfər III qrup, 3380 nəfər IV qrup, 9117 nəfər isə V qrup üzrə ərizəsini təsdiqləyib.
Qeyd edək ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19 avqust saat 23:59-dək internet vasitəsilə aparılır.
İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər.
İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir. İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.
Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir. İxtisasların siyahısı “Abituriyent” jurnalının 4 saylı buraxılışında verilib.
Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Mina Mikayılova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.