AZ

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60-a çatıb

Hindistanın şimalındakı Cammu və Kəşmirdə qəfil yağan leysan yağışlar nəticəsində daşqınlara səbəb olan ən azı 60 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. Məlumata görə, 100-dən yaralı var.

Daha əvvəl ölənlərin sayının 46 olduğu bildirilmişdi.

Xilasedicilər təbii fəlakətdən sonra sağ qalanların axtarışını davam etdirirlər. İndiyədək 167 nəfər xilas edilib. Yaralılardan 38-nin vəziyyəti ağırdır.

Ölənlərin sayı arta bilər.

Seçilən
6
ucnoqta.az

1Mənbələr