AZ

Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Avqustun 15-i saat 10:00-dan etibarən Bakının Sabunçu, Suraxanı və Qaradağ rayonları ərazisindəki qaz xətlərində aparılacaq təmir-quraşdırma işlərilə əlaqədar qaz təchizatı dayandırılacaq. SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadla xəbər verir ki, Sabunçu rayonu üzrə C.Şərifov, E.Mehtiyev, İ.Əfəndiyev, Q.Musabəyov, X.Natavan, 1 May və Y.Saratov küçələrinin bir hissəsinin, Qaradağ rayonu üzrə Qobustan qəsəbəsinin Umbakı, Əzimkənd, Səngəçal qəsəbələrinin, Yol evləri və Bağ evləri yaşayış massivlərinin, Suraxanı rayonu üzrə isə kənd Hövsan ərazisinin, Əmircan qəsəbəsinin Ü.Hacıbəyov, Meydan, H.Axundov, M.P.Vaqif və A.Caparidze küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
34
49
sia.az

10Mənbələr