AZ

III kurs tələbəsi faciəli şəkildə həyatını itirdi - FOTO

Avqustun 13-də Şamaxıda ağır qəza baş verib. Qəza nəticəsində Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Leyla Qasımova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

News365.az xəbər verir ki, 23 yaşlı Leyla Qasımova Qərbi Kaspi Universitetinin III kurs tələbəsi imiş. O, İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alırmış.

Qeyd edək ki, Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində baş verən qəza zamanı "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Leylanın faciəli şəkildə dünyasını dəyişdiyi qəza nəticəsində Bakı şəhər sakinləri - 1983-cü il təvəllüdlü Dürdanə Nağıyeva, 1979-cu il təvəllüdlü Vüsalə İsmayılova və onların 3 azyaşlı övladları xəsarət alıblar.

1455469

Seçilən
15
16
news365.az

10Mənbələr