AZ

Moskva Donald Trampın da Rusiyaya səfər etməsini arzulayır

Bakı, 15 avqust, AZƏRTAC

Moskva Donald Trampın da Rusiyaya səfər etməsini arzulayır. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik ABŞ və RF prezidentlərinin avqustun 15-də Alyaskada keçiriləcək görüşü ərəfəsində bəyanat verib.

O bildirib: “Bir məsələ barədə deyə bilərəm: söhbət simmetrik hərəkətlərdən gedir. Əgər Rusiya lideri ABŞ ərazisinə gedirsə, biz ABŞ Prezidentinin də Rusiyaya qarşılıqlı səfərini gözləyirik”.

RF XİN rəsmisinin sözlərinə görə, “bu, məntiqlidir və iki ən böyük geosiyasi güc arasındakı münasibətlərin təkcə Ukrayna ilə məhdudlaşmadığını nəzərə alsaq, Rusiya ilə ABŞ arasında münasibətlərin əsas inkişafı və genişlənməsini vurğulayır”.

Miroşnik vurğulayıb ki, ABŞ ilə Rusiya arasında beynəlxalq, qlobal xarakterli, birbaşa iqtisadi, mədəni, idman və digər əlaqələri əhatə edən çoxlu məsələ var, onların bir çoxu dayandırılıb və hər iki tərəfin maraqlarına uyğun inkişaf etməlidir”.

Seçilən
0
2
azertag.az

3Mənbələr