AZ

Nazirlik: Azərbaycanda icra sahəsində qarışıq modelə keçiləcək

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda icra sahəsində qarışıq modelə keçiləcək.

Bunu APA-ya müsahibəsində “Xüsusi icra məmurları haqqında” qanunla əlaqədar suala cavabında Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi Vidadi Məmmədov bildirib.

Vidadi Məmmədov deyib ki, qarışıq model icranın həm dövlət, həm də özəl icra məmurları tərəfindən həyata keçirilməsini nəzərdə tutur: “Belə bir sistem hazırda Gürcüstan, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Portuqaliya, Serbiya, İslandiya, İsveçrə, İrlandiya kimi ölkələrdə mövcuddur. Bu modelin əsas üstünlüyü icra yükünün bölüşdürülməsi, qərarların icrasının daha çevik və məsuliyyətli şəkildə təmin edilməsidir. Çünki xüsusi icra məmuru göstərdiyi xidmətə görə birbaşa məsuliyyət daşıyır və bu da onu işə daha məsuliyyətlə yanaşmağa sövq edir.

Bu institut dövlət icra modelinə əlavə dəstək mexanizmidir. Yeni mexanizmin ölkə üzrə mərhələli tətbiqi nəzərdə tutulur. Dövlət icra sisteminin üzərindəki ağır iş yükü tədricən və proporsional olaraq dövlət və xüsusi icra məmurları arasında bölünəcək, bununla da icra işlərinin səmərəli idarə edilməsinə nail olunacaq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
5
apa.az

6Mənbələr