Qubanın Çayqışlaq kənd sakinləri 4 aya yaxındır ki, körpü problemindən əziyyət çəkirlər.
Belə ki, bu ilin aprel ayında Şabrançaya gələn sel nəticəsində kəndin bir hissəsini digər hissəsi ilə bağlayan yol ötürücüsü tamamilə sıradan çıxıb.
Bildirilir ki, məsələdən 4 ay keçməsinə baxmayaraq, hələ də təbii fəlakətin fəsadları aradan qaldırılmayıb.
Körpü bərpa olunmadığından insanlar hər gün çayın içindən keçib getməli olurlar.
Bu barədə daha ətraflı AzTV-nin təqdim etdiyi reportajda: