Qazaxıstanda vəzifələrə təyinatlar namizədlərin peşəkarlığı əsasında həyata keçirilir, çünki ölkədə “artıq ailə-klan sistemi yoxdur”.
Operativ Media xəbər verir ki, bunu respublika prezidenti Kasım-Jomart Tokayev bildirib.
"Cəmiyyətimiz dəyişir, vətəndaşların şüuru dəyişir. Artıq hakimiyyətdə ailə-klan sistemi yoxdur. Vəzifələrə təyinat zamanı ilk növbədə bilik və peşəkarlıq nəzərə alınır", - o, qeyd edib.