AZ

Süni intellektlə hazırlanan Tramp Putin videosu gündəm olub VİDEO

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin Alyaskada keçirməsi gözlənilən tarixi zirvə öncəsi, süni intellekt (AI) ilə hazırlanmış bir video sosial mediada böyük marağa səbəb olub.

Paylaşılan görüntülərdə Tramp və Putin yan-yana təsvir edilərək, Alyaskada keçiriləcək zirvənin yumoristik bir şəkildə təqdimatı verilir. Eyni zamanda, bu görüşü uzaqdan izləyən Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Komissiyası Prezidenti Ursula fon der Leyen də videoda yer alır.

Videonun sonunda isə Zelenski və fon der Leyen-in göz yaşlarını saxlaya bilmədikləri anlar göstərilir.

Qeyd edək ki, sosial mediada milyonlarla baxış toplayan video, izləyicilər tərəfindən şərhlərlə qarşılanıb.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
148
50
azpolitika.info

10Mənbələr