AZ

Avropa ölkələri "Snapback" mexanizmində müdaxilə edə bilməzlər - Aref

Bakı. Trend:

Avropa üçlüyünün İran əleyhinə BMT Təhlükəsizlik Şurasınınsanksiyalarının aktivləşdirilməsini nəzərdə tutan "Snapback"mexanizminin tətbiq olunması ilə bağlı hüquqi cəhətdən müdaxiləetmək haqqı yoxdur.

Trend-inməlumatına görə, bunu İranın 1-ci vitse-prezidenti Məhəmməd RzaAref bu gün Qırğızıstanda Rusiya baş naziri Mixail Mişutsinləgörüşdə deyib.

Onun sözlərinə görə, Avropanın üç ölkəsinin (Böyük Britaniya,Fransa və Almaniya) təklifi praktiki olaraq İranın nüvə proqramıəleyhinədir.

Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı iləəlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa vəAlmaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub.2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həminilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətininolmayacağını elan edib.

Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cümüddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfinplanı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır.Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMTTəhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMTTəhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda,İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər.Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbiəməliyyat icazəsi verir.

Məqalədə:
Seçilən
61
1
az.trend.az

3Mənbələr