AZ

“Nyukasl”da ara qarışdı: İsak bu addımı atsa, cərimələnəcək

“Nyukasl” hücumçusu Aleksander İsaka matçları boykot etdiyi təqdirdə maliyyə sanksiyaları tətbiq edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

25 yaşlı futbolçu 2025/26 mövsümünün ilk Premyer Liqa oyununda “Aston Villa”ya qarşı görüşdə meydana çıxmaq istəmir. Onun məqsədi “Liverpul”a transferini sürətləndirməkdir.

Mənbə bildirir ki, İsak hətta “Nyukasl”ın məşqlərinə də qatılmaqdan imtina edir. Klub isə hücumçunun davranışından narazıdır və matçları buraxacağı halda onu cərimələməyə hazırlaşır.

“Sağsağanlar” “Liverpul”un isveçli forvard üçün təklif etdiyi təxminən 130 milyon avroluq transfer məbləğini rədd edib.

Seçilən
58
21
publika.az

10Mənbələr